Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Bakı şəhərinin Yasamal rayonundakı 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. SİA-nın verdiyi xəbərə görə, sərəncamda məktəb üçün yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 5 (beş) milyon manat ayrılır.
Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 noyabr 2014-cü il.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB