Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ali təhsil ocaqlarında təqdimatları davam edir. Fondun İnformasiya sektorundan SİA-ya verilən xəbərə görə, növbəti təqdimat Azərbaycan Dövlət Tibb Universitetinin Tədris -Terapevtik Klinikasında olub.
Fondnun İnformasiya təminatı sektorundan verilən məlumata görə, təqdimat mərasimində Klinikanın direktoru professor Surxay Musayevin rəhbərliyi ilə tanınmış alimlər, həkimlər, müəllimlər və tibb bacıları iştirak ediblər.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Fondun yaranma tarixi və fəaliyyəti barədə geniş məlumat verərək qeyd edib ki, rəhbərlik etdiyi qurumun layihələrinin həyata keçirilməsində sağlam cəmiyyətin qurulmasına xidmət edən həkimlərin iştirakına ehtiyac var. O.Səmədovun sözlərinə görə, tibb işçiləri, xüsusən də səhiyyə sistemində çalışan alimlər və tədqiqatçılar Fondun dəstəyi ilə bilik və bacarıqlarını əhaliyə daha təsirli formada çatdıra bilərlər. Bilik Fondunun sosial sifarişlərə xüsusi diqqətlə yanaşdığını xatırladan icraçı direktor deyib ki, vətəndaşların hansı tibbi mövzuda maariflənməsinin vacibliyini məhz həkimlər müəyyənləşdirməlidirlər.
Bilik Fondunda ödənişsiz əsaslarla dil və peşə kurslarının fəaliyyət göstərəcəyini xatırladan O.Səmədov bildirib ki, Tibb Universitetinin tələbələri həmin kurslardan bəhrələnə, müəllimlər konkret mövzular üzrə mühazirələr deyə bilərlər.
Professor S.Musayev rəhbərlik etdiyi klinikanın təcrübəli əməkdaşlarının Bilik Fondununun layihələrində yaxından iştirak edəcəyinə əminliyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB