Bakı Slavyan Universitetində həyata keçirilən maraqlı layihələrdən biri də "Səfir saatı"dır. Layihə çərçivəsində respublikamızda akkreditə olunmuş səfirlərlə mütəmadi olaraq görüşlər təşkil olunur. SİA-ya verilən məlumata görə, bu dəfə də universitet öz ənənəsinə sadiq qalaraq noyabrın 12-də Çexiya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vitezslav Pivonkanın görüşünü keçirib. Tədbiri açan ali təhsil müəssisəsinin rektoru, professor Asif Hacıyev qonağı salamlayıb. Onu universitetdə görməyinə şad olduğunu deyən, rektor BSU-nun "Səfir saatı" klubununun ənənələri haqda ətraflı məlumat verib.
Görüşdən və dəvətdən məmnunluğunu bildirən səfir V. Pivonka Çexiya Respublikasının tarixi haqqında geniş danışıb. Çexiyanın XV-XVII əsrlərdəki vəziyyəti ilə XX əsrdə cərəyan edən prosesləri müqayisə və təhlil edib, ölkəsinin dünya ölkələri ilə münasibətlərindən söz açıb. O, Çexiya ilə Azərbaycan arasında olan iqtisadi, siyasi, mədəni əlaqələrdən danışaraq, ölkələrimiz arasında mövcud münasibətlərdən razı qaldığını və gələcəkdə bu əməkdaşlığın daha da möhkəmləndiriləcəyinə inandığını bildirib. Xalqımızın çox zəngin mədəniyyətə malik olduğunu, Bakının son illər ərzində çox sürətlə inkişaf etdiyini qeyd edən səfir, vətənimizə heyran qaldığını və yaxın günlərdə Azərbaycanın bir sıra bölgələrinə səfər edəcəyini xüsusilə vurğulayıb.
Tələbələrin çoxsaylı suallarını cavablandıran cənab səfir görüşün sonunda BSU-nun "Fəxri Qonaqlar Kitabı"na ürək sözlərini yazıb və tələbələrlə xatirə şəkillər çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB