“Bakı Elm Festivalı” başa çatıb

“Bakı Elm Festivalı” başa çatıb

Dünəndən öz işinə başlayan birinci "Bakı Elm Festivalı" bu gün də maraqlı sərgi, elmi şou və seminarlarla davam edib. SİA-nın verdiyi xəbərə görə, sərgidə ölkədə fəaliyyət göstərən ali və orta təhsil müəssisələri, gənc alimlər, eləcə də akademiyanın institut və təşkilatları öz elmi nəticələrini nümayiş etdirmək üçün hazırladıqları eksponat və emalatxanaları sərgi iştirakçılarına təqdim ediblər.

İştirakçılar da sərgiyə böyük həvəslə qatılıblar. Fəallıq göstərən universitet tələbələri, şagirdlər və elm sahəsinə marağı olan insanlar hər nümayəndənin masasına yaxınlaşaraq, onların təqdim etdikləri cihazlar haqqında məlumatlar əldə ediblər.

Qeyd edək ki, festival iki gün – 10-11 noyabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilib.

Festivalın sponsorları isə Azərbaycan Dövlət Neft Şirkəti və "Azercell Telecom"dur.

Bütün xəbərlər Facebook səhifəmizdə