Bakıda Elm Festivalı keçirilir

Bu gün "Bakı Elm Festivalı-2014" öz işinə başlayıb. Festival Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilir. SİA-nın xəbərinə görə, Festivalın açılış mərasimində AMEA prezidenti Akif Əlizadə, Rabitə və yüksək texnologiyaları naziri Əli Abbasov, Təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA-nın vitse-prezidenti, deputat İsa Həbibbəyli, elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd olunub ki, iki gün davam edəcək festivalda Festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunmuş elmi nailiyyətləri nümayiş etdiriləcək. Gənc alimlərin elmin bütün sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, elmi laboratoriyalara ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən cəlbedici şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur. Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə fəaliyyət göstərən ali və orta təhsil müəssisələri, eləcə də akademiyanın institut və təşkilatları öz elmi nəticələrini nümayiş etdirəcəklər.

Festivalın sponsorları Azərbaycan Dövlət Neft Şirkəti və "Azercell Telecom"dur.

Bütün xəbərlər Facebook səhifəmizdə