Valideynlərin müraciətləri dinlənildi

Valideynlərin müraciətləri dinlənildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etdirilir. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, növbəti səyyar qəbullar Suraxanı və Yasamal rayonlarında keçirilib. Yasamal rayonu üzrə 18 saylı məktəbdə keçirilən səyyar qəbulda 18, 20, 31, 38, 52, 150, 161, 225, 286, 308 saylı məktəblərin, 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Tennis İdman Məktəbi, 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Şahmat Dama İdman Məktəbi, 11 saylı Uşaq-Gənclər İdman Məktəbininmüəllim və valideynlərinin müraciətləri dinlənilib.

Suraxanı rayonu üzrə 317 saylı məktəbdə keçirilən səyyar qəbula isə Zığ qəsəbəsində yerləşən 65, 317, Dədə Qorqud qəsəbəsində yerləşən 315, Hövsan qəsəbəsində yerləşən 76, 118, 196, 270, 280, 281 saylı məktəblərin, 40 saylı Texniki Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət ediblər. Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam edib. Suraxanı rayonu üzrə 11 müraciət, Yasamal rayonu üzrə isə 14 müraciət qəbul edilib.

Əsas müraciətlər məktəblərin təmir edilməsi, əlavə korpusların tikilməsi, məktəblərin birnövbəli sistemə keçməsi ilə bağlı olub. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilib və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə