"Milli Bayraq günü" ADU-da da qeyd edilib FOTO

"Milli Bayraq günü" ADU-da da qeyd edilib FOTO

Noyabrın 6-da Azərbaycan Dillər Universitetində ADU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "9 noyabr – Milli Bayraq günü"nə həsr olunmuş tədbir keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev "9 noyabr – Milli Bayraq günü" haqqında qısa məlumat verib.

O, bildirib ki, Azərbaycanın üçrəngli bayrağı 1918-ci il 9 noyabr tarixində, Azərbaycan Demokratik Respublikasının (1918-1920) dövründə yaradılmış və Sovet Sosialist Resublikaları İttifaqının (SSRİ) dağılmasından sonra, 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edilib. Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul edilmiş Konstitusiyasına görə, Azərbaycanın dövlət bayrağı, gerbi və himninin milli atributlar hesab edildiyini deyən prorektor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanından sonra, 9 noyabr tarixinin "Milli bayraq günü" kimi dövlət səviyyəsində qeyd olunduğunu və bu günün iş günü sayılmadığını sözlərinə əlavə edib. Prorektor Ələddin Əliyev ADU-da hər zaman Azərbaycanın milli və dövlət səviyyəsində qəbul olunan və keçirilən bayramlarının qeyd olunduğunu bildirib.

Daha sonra universitetin fəal tələbələrinin iştirak etdiyi, Səadət Nəbiyevanın rejissorluğu ilə nasir, dramaturq İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" pyesindən səhnəciklər nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə