Noyabrın 6-da Azərbaycan Dillər Universitetində Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayevanın "Sağlam həyat tərzi sağlam gələcəyə zəmanətdir" layihəsi çərçivəsində Pedaqoji (ingilis dili və fransız dili) fakültənin 301a qrup tələbələri Cəvahir Osmanova və Zümrüd Mehdiyevanın yaxından iştirakı ilə tədbir keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, tədbirdə qonaq olan "Ofka" Göz Klinikasının baş həkimi, tibb elmləri doktoru, professor Çingiz Cərullazadə "Həyat tərzimiz göz sağlamlığından xəbər verir" mövzusunda çıxış edib.
Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova, kaferanın müəllimləri, Pedaqoji (ingilis dili və alman dili), Pedaqoji (ingilis dili və fransız dili) və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri iştirak ediblər.
Tədbirdə Pedaqoji (ingilis dili və fransız dili) fakültənin 301a qrup tələbəsi Lətifə Quliyeva mövzu haqqında məlumat verərək Azərbaycanda oftalmologiyanın inkişafı və bu istiqamətdə akademik Zərifə Əliyevanın böyük rolundan danışıb. Videoçarx nümayiş olunub. Tədbirdə elmin və texnikanın inkişaf etdiyi müasir zamanda kompyuter, mobil telefon və digər cihazların gözlərə təsiri, yaxın və uzaq görmə pozğunluqları, nəqliyyatda mütaliənin gözlərə təsiri, gözün anatomiyası və fiziologiyası, gözün plastikası kimi mövzulardan bəhs olunub. Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB