Nazirlik rəsmisi: "Nəinki şagirdlər, bəzən müəllimlər də dərsə getmir"
"Azərbaycanda eyni şagirdin adının müxtəlif məktəblərdə getməsi və məktəb direktorları tərəfindən müəyyən şagirdlərlə bağlı məlumatların gizlədilməsi hallarına rast gəlinir. Təhsil Nazirliyində həmin məktəb direktorları ilə bağlı məlumatlar var. Hətta nəinki şagirdlər, bəzən müəllimlər də dərsə getmirlər". SİA-nın xəbərinə görə, bunu nazirlikdə keçirilən mətbuat konfransında İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.
Onun sözlərinə görə, bununla bağlı daha çox təbliğatı işlər görülməlidir: "Azərbaycanda 4500-dən çox məktəb var. Təhsil Nazirliyinin resursları bütün məktəblərdə nəzarət etmək imkanı vermir. Şagirdlərin dərsə getməməsi halları isə daha çox kənd məktəblərində baş verir. Yəni uşaqlar dərsdən yayınaraq müxtəlif təsərrüfat işləri ilə məşğul olurlar".
Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev isə bildirib ki, bu il təhsildə müəyyən ikili hallara yol verilməsi müşahidə olunub: "Onların siyahısı nazirlikdə var və hazırda təhlil gedir. Elə hallar var ki, bir şagird iki məktəbdə qeydiyyatdan keçir. Əgər şagirdlər iki yerdə qeydiyyata düşürsə, onlar araşdırılır. Bundan əlavə, bir çox başqa hallar da var. Bəzi valideynlər müəyyən yaşdan sonra övladlarının məktəbə getməsini istəmir. Əgər valideynlər övladlarını məktəbə getməyə qoymurlarsa, Təhsil Nazirliyi bununla bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB