Təhsil İdarəsi məktəbdəki yanğınla bağlı məlumat yayıb

Təhsil İdarəsi məktəbdəki yanğınla bağlı məlumat yayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi yanan məktəblə bağlı məlumat yayıb. SİA-nın Təhsil İdarəsinin saytına istinadən verdiyi xəbərə görə, səhər saatlarında 51 nömrəli orta məktəbdə qısaqapanma səbəbi ilə yanğın baş verib.

Hadisə zamanı məktəbdə olan şagirdlər və müəllim kollektivi təxliyyə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Məktəbdə tədris sabahdan etibarən bərpa olunacaq.

Qeyd edək ki, bu gün səhər saat 09:51-də Bakının Səbail rayonunda 20-ci sahədə Ömər Faiq Nemanzadə küçəsində yerləşən 51 saylı orta məktəbdə güclü yanğın baş verib. Yanğınsöndürənlər alovun qarşısını alıblar. Araşdırmalar zamanı məlum olub ki, yanğın məktəbin elektrik şitlərində qısaqapanma səbəbindən yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə