Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalı ictimaiyyət tərəfindən geniş şəkildə istifadə olunmağa başlayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu günə qədər portaldan istifadə edənlərin ümumi sayı 3745 nəfər, o cümlədən Bakı şəhəri üzrə 2000 nəfər, Sumqayıt şəhəri üzrə 265 nəfər, Gəncə şəhəri üzrə 97 nəfər təşkil edir. Portalda elektron dərslikləri e-pub, oflayn və onlayn formatda yükləmək imkanları mövcuddur. Daha çox Azərbaycan dili (746 nəfər), riyaziyyat (646), biologiya (597) və ingilis dili (521) elektron dərsliklərindən istifadə olunub. Hələlik yalnız Azərbaycan bölməsi üzrə 6-cı sinif elektron dərsliklər portala yerləşdirilib. Cari ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərsliyin portalda yerləşdirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB