İlk dəfə peşə təhsili sahəsi üzrə yeni qəbul planı hazırlanıb

İlk dəfə peşə təhsili sahəsi üzrə yeni qəbul planı hazırlanıb

"Bu tədris ili üçün Təhsil Nazirliyi ilk dəfə olaraq peşə təhsili sahəsi üzrə hazırlanan qəbul planının tərtibatında ötən illərdə olduğu kimi mövcud bazadan çıxış edərək təklifini deyil, əmək bazarı və iqtisadiyyatın strukturunun tələbatlarını öyrənərək yeni qəbul planı hazırlayıb". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ilk dəfə Azərbaycanın hər bir bölgəsindəki peşə təhsili müəssisələrinin maddi-texniki bazasını qiymətləndirək, iqtisadi inkişaf proqramından, iqtisadi inkişafdan irəli gələrək qəbul planı ehtiyaclara uyğunlaşdırılmasına çalışılıb: "Hər bir ilk dəfə həyata keçirilən iş kimi bu iş də qeyri-mükəmməl ola bilər. Biz ildən-ilə bu işin genişləndirilməsini edə bilərik".

Nazir qeyd edib ki, mövcud olan kadrların yenidən hazırlanması, peşəkarlığının artırılması bütün təhsil pillələrində həyata keçirilə bilər: "Təhsil müəssisələri kadr hazırlığını həyata keçirərkən tədris prosesində onların qarşısında duran əsas məqsəd ondan ibarətdir ki, tədris prosesində əldə edilən biliklər məzunlar tərəfindən işəgötürənlərə lazım olan şəkildə tətbiq edilə bilsin. Bunun ən düzgün və qısa yolu bu işin işəgötürənlərlə birgə həyata keçirilməsidir. Təbii ki, bu əməkdaşlıq yalnız bir təhsil pilləsi ilə məhdudlaşmır, ali və orta ixtis

Bütün xəbərlər Facebook səhifəmizdə