Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı (SDU TGT) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Gənclər və İdman Nazirliyi ilə birgə "Neft strategiyasının sosial-iqtisadi nəticələri və insan kapitalının formalaşması" mövzusunda elmi-praktiki konfrans həyata keçirib. SİA-nın məlumatına görə, konfransın açılışında çıxış edən SDU-nun humanitar məsələlər üzrə prorektoru Nizami Namazov və ATGTİ-nin Tarix işci qrupunun baş kordinatoru Mahmud Sadıqov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışaraq, dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.
Daha sonra çıxış edən Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) kafedra müdirləri, professor Qənimət Səfərov və professor Qəzənfər Süleymanov ümummilli lider Heydər Əliyevin neft strategiyası və neft strategiyasının sosil-iqtisadi nəticələri haqqında məlumat verib, ölkəmizin iqtisadi inkişafında neft sektorunun əhəmiyyətindən söz açıblar.
Qeyd edək ki, tədbirin sonunda gənclər onları mövzu ilə bağlı maraqlandıran sualları mütəxəssisələrə ünvanlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB