ADU-da "Klassik Çin Poeziyası" FOTO

ADU-da "Klassik Çin Poeziyası" FOTO

Oktyabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Çin dili və mədəniyyəti mərkəzi və ADU-nun İnformasiya Resurs Kompleksinin (İRK) Əcnəbi xalqlar folklor mərkəzinin təşkilatçılığı ilə "Klassik Çin Poeziyası" ədəbi-bədii gecəsi keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, tədbirdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, universitetin Tədris işləri üzrə prorektor Vazəh Əskərov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov narahatçılıq, düşüncə, fəlsəfi ümumiləşdirmələr, ulduz bədii simvollar, ilin fəsilləri, sular, güllər, ənənəvi dəyərlərin qiymətləndirilməsi- böyüklərə hörmət, ailəyə qayğı, dostluq və sədaqət kimi yüksək insani hisslərlə ilə dolu Çin poeziyasının unikal mənəvi dünyası barədə məlumat verib. O, Çin dilində Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevanın "Yay", "Əgər ulduzlar pilləkənlərə çevrilsə idi", "Zaman" şeirlərini söyləyib.

Təbdirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Təranə Həşimova Azərbaycanın görkəmli şairlərinin əsərlərində Çin haqda mövzulara yer verdiklərindən, Çində yaşayan türk xalqlarının ədəbi əlaqələrindən danışıb və öz lirik şeirlərini ifa edib.

Sonra universitetin İRK-nin Əcnəbi xalqlar folklor mərkəzinin direktoru Diana Hüseynzadə müxtəlif sülalələrin dövründə Çin poetik yaradıcılığının inkişaf xüsusiyyətləri haqqında məlumat verib.

Ədəbi-bədii gecədə ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri Çin klassik poeziyasının əsas ənənəvi növləri olan Şı, Si, Qe, Syui, Fu, haqqında məlumat verilib, Azərbaycan, Çin və Avropa dillərində görkəmli Çin şairləri Li Bo, Du Fu, Li Xouçju, Su Şı şeirlərini söyləyiblər.

Tədbirin sonunda Xan və Tan sülaləsinin dövründə Çin poeziyasının görkəmli nümayəndələrinin həyat və yaradıcılıqlarından bəhs edən filmlər nümayiş edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə