Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, kimya elmləri doktoru, akademik Vaqif Abbasov Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. Fondun Bilik Fondunun İnformasiya Təminatı Sektorundan SİA-ya verilən xəbərə görə, Fondun icraçı direktoru Oktay Səmədov qonağı salamlayıb və gənclərin hərtərəfli inkişafında qabaqcıl elm və ictimai xadimlərlə birbaşa ünsiyyətin vacib olduğunu deyib.
Akademik əvvəlcə vətənpərvərlik mövzusuna toxunaraq deyib ki, bu gün uşaqlarımıza bilik öyrədərkən vətənpərvərlikdən başlamalıyıq, çünki vətənini sevməyən şagird ölkəsi üçün faydalı vətəndaş ola bilməz. Müəllimlik peşəsinin müqəddəsliyindən danışan qonaq bilikli gənc nəslin yetişməsində məktəbəqədər təhsilin önəmini vurğulayıb.
Akademik V.Abbasovun müxtəlif elm sahələrinin dünyaca məşhur nümayəndələrindən çəkdiyi misallar, maraqlı həyat hekayətləri auditoriyanın marağına səbəb olub. O, görüşdə iştirak edən tələbələrin və Fondun yerlərdəki nümayəndələrinin suallarını cavablandırıb.
Tədbir iştirakçıları Vaqif Abbasovu təhsil aldıqları universitetlərdə, təmsil etdikləri orta məktəblərdə görməkdən məmnun olacaqlarını dilə gətiriblər. Akademik onların təkliflərini böyük razılıq hissi ilə qarşılayıb və bildirib ki, elm adamlarının xalqla sıx ünsiyyəti cəmiyyətin gələcəyi üçün önəmlidir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Bakı şəhər nümayəndələri, tələbələr və şagirdlər iştirak ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB