Nazirin qəbulu başlayıb FOTO

Bu gün təhsil naziri Mikayıl Cabbarovun Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon sakinlərini qəbulu başlayıb. SİA-nın xəbərinə görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tərtər şəhərindəki Gənclər Mərkəzində keçirilən qəbulda vətəndaşların müraciəti dinlənilir və əksər məsələlər yerindəcə həllini tapır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilir.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınır.

Bütün xəbərlər Facebook səhifəmizdə