Küləkli hava məktəbin fəaliyyətini dayandırdı

Küləkli hava məktəbin fəaliyyətini dayandırdı

Oktyabrın 19-u axşam saatlarında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb. Bakı şəhəri Təhsil İdarəsindən SİA-ya verilən xəbərə görə, bununla əlaqədar bu gün təhsil müəssisəsində tədris müvəqqəti dayandırılıb.

Dünən məktəb rəhbərliyi tərəfindən müəllim və şagirdlər bununla bağlı məlumatlandırılıb. Hazırda məktəbdə Təhsil Nazirliyinin nümayəndələri və müvafiq ekspertlər araşdırma aparır. Gün ərzində tədrisin bərpa olunması vəziyyəti ilə bağlı əlavə məlumat veriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə