YAP-ın Nərimanov rayon təşkilatının Təhsil Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının iclası keçirilib FOTO

YAP-ın Nərimanov rayon təşkilatının Təhsil Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının iclası keçirilib FOTO

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Təhsil Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının hesabat-seçki iclası keçirilib. SİA-nın xəbərinə görə, hesabat-seçki iclasında təhsil nazirinin müavini Firudin Qurbanov və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev iştirak ediblər.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Azərbaycanın inkişafı yolundakı müstəsna xidmətləri bütün sahələrdə özünü biruzə verir. Ümummilli liderin rəhbərliyi ilə yaradılmış partiya qısa zamanda xalqın inam və güvənc yerinə çevrildi, sabitliyin və tərəqqinin qarantı rolunda çıxış etdi. Digər sahələrdə çalışanlarla bərabər təhsil işçiləri də Yeni Azərbaycan Partiyasının fəaliyyətində yaxından iştirak edir və ümummili həmrəyliyə layiqli töhfələr verir.

İclasda Yeni Azərbaycan Partiyasına yeni üzvlərin qəbulu məsələsi müzakirə edilib.

Hesabat-seçki iclasında çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, "Azərbaycan–2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının müddəalarının icra olunmasında Təhsil Nazirliyinin üzərinə də mühüm vəzifələr düşür. Bütün bu məsələlər təhsil sahəsində çalışanların məsuliyyətini daha da artırır və Təhsil Nazirliyinin fəaliyyətinin daha səmərəli təşkilinə yol açır.

Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Orucov Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Təhsil Nazirliyi (Xətai-49) üzrə ərazi ilk partiya təşkilatının sədri seçilib.

Təhsil Nazirliyi (Xətai-49) üzrə ərazi ilk təşkilatının hesabatı dinlənilib, idarə heyətinin və təftiş komissiyasının yeni tərkibi seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə