Nazir: "Regional təhsil idarələrinin yaradılması prosesi təxirə salınıb"
"2015-ci ilin yanvarın 1-dən regional təhsil idarələrinin yaradılması prosesi təxirə salınıb". SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, Milli Məclisə təqdim olunan gələn ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulmadığı üçün 2015-ci ilin yanvarın 1-dən nəzərdə tutulan regional təhsil idarələrinin yaradılması prosesi təxirə salınıb: "Növbəti ildə də bu il tətbiq edilən sistem şəklində çalışılacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur islahatlar davam etdiriləcək. Yerlərdə olan Təhsil şöbələrinin tabeliyində olan məktəblərdə Təhsil Nazirliyinin səlahiyyətində olan bütün fəaliyyətlər indi də həyata keçirdiyimiz şəkildə davam etdiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB