Cari tədris ilindən qəbul və buraxılış imtahanları birləşdiriləcək yenilik
"Azərbaycanda bir sıra təhsil müəssisələrinə qəbul vahid imtahan əsasında aparılacaq". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, bu tədris ilinin yekununda bəzi təhsil müəsisələrində vahid imtahan tətbiq ediləcək: "Nazirlik tərəfindən təhsil müəsisələrinə qəbul qaydalarının təkmilləşdirilməsi üçün işlər aparılmaqdadır. Qısa müddət ərzində Təhsil Nazirliyi tərəfindən irəli sürülən təşəbbüs ümumtəhsil müəsisələrində buraxılış imtahanları ilə qəbul imtahanları arasında olan fərqin aradan qaldırılması və vahid imtahan bazası üzərində həmin imtahanların keçirilməsi olub. Nəzərə alaq ki, bu imtahanları vahid orqan keçirir. Bununla bağlı TQDK və Təhsil Nazirliyi arasında məsləhətləşmələr aparılır. Artıq məsləhətləşmələr sona çatmaq üzrədir".
Nazir onu da qeyd edib ki, cari tədris ilində bu sahədə mövcud yenilikləri tətbiq edə biləcəyik: "Bu yeniliklər cari tədris ilindən başlayaraq həm orta ixtisas təhsili müəssisələrinə, həm yaradıcılıq ali təhsil müəssisələrinə və digər bəzi təhsil müəssiələrini əhatə edəcək. Güman edirik ki, bu yeniliklərin tətbiqi nəticəsində artıq bir sıra müəssisələrə qəbul vahid imtahan nəticəsində mümkün olacaq. Hesab edirəm ki, bununla da bir ay ərzində şagirdlərin 2 ayrı-ayrı buraxılış və qəbul imtahanlarına cəlb edilməsinə ehtiyac olmayacaq. Qeyd edim ki, bu islahat ardıcıl olaraq həyata keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB