Mikayıl Cabbarov təhsil işçilərinə fəxri adları təqdim edib FOTO

Mikayıl Cabbarov təhsil işçilərinə fəxri adları təqdim edib FOTO

Bu gün Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı, "Əməkdar müəllim" və "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adları ilə təltif olunan təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. SİA-nın xəbərinə görə, görüşdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ilk olaraq fəxri adlar alanları təbrik edib.

Nazir təhsil sahəsində islahatların uğurla həyata keçirilməsində müəllim peşəsinin ictimai nüfuzunun artırılmasının, onun yüksək maddi və mənəvi motivasiyasının vacib olduğunu deyib.

Bütün dövrlərdə hər bir ölkənin uğurlu gələcəyinin, ayrı-ayrı sahələrdə əldə edilən nailiyyətlərin təhsilin inkişaf səviyyəsi ilə müəyyən olunduğunu vurğulayan nazir sürətlə inkişaf edən ölkəmizdə təhsil sisteminin daim yenilənməsi, dünya təhsilindəki sürətli tərəqqi proseslərindən faydalanması istiqamətində əhəmiyyətli işlər görüldüyünü nəzərə çatdırıb.

Dövlət başçısının təhsilə, təhsil işçilərinə daim böyük diqqət və qayğı göstərildiyini deyən nazir ənənəyə uyğun olaraq, builki peşə bayramı ərəfəsində də bir qrup təhsil işçilərinin təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görüldüyü bildirib.

Fəxri adlarla təltif olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə