Təhsil Nazirliyi istər ali, istərsə də orta ixtisas təhsil müəssisələrində hicaba qadağa qoyulması məsələsinə aydınlıq gətirib. Nazirlikdən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən, Azərbaycanda dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin 1.8-ci bəndinə əsasən, ümumtəhsil məktəblərində təhsil alanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB