Nazirlik universitetlərin köçürülməsinə aydınlıq gətirdi rəsmi

Nazirlik universitetlərin köçürülməsinə aydınlıq gətirdi rəsmi

Təhsil Nazirliyi yaxın illərdə Bakının mərkəzindəki bəzi ali təhsil müəssisələrinin şəhərin mərkəzindən köçürülməsi ilə bağlı məsələyə münasibət bildirib. Nazirlikdən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda kampusların yaradılması tədbirlərinin təşviqi nəzərdə tutulur.

Məlumat da o qeyd olunub ki, Dövlət Strategiyasının icrası ilə əlaqədar Fəaliyyət Planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaq.

Qeyd edək ki, bir müddət əvvəl şəhərin mərkəzindəki ali məktəblərin köçürülməsinin Böyük Bakının Regional İnkişaf Planı layihəsinə salındığı barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, Baş Plana əsasən, yaxın illərdə Abşeron yarımadası ərazisində yeni tələbə şəhərciyi salınacaq, paytaxtın mərkəzində yerləşən universitetlər Zığ, Türkan və Dübəndiyə köçürüləcək. Plana əsasən ilk növbədə Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), İqtisad Universiteti və Dövlət Pedaqoji Universitetin binalarının köçürülməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə