2014-2015-ci tədris ili üçün təqvim planı ilə bağlı tədbir keçirilib
2014-2015-ci tədris ili üçün təqvim planı üzrə işlərin regionlarda yerinə yetirilməsi əlaqədar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) iclas keçirilib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə ümumtəhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin təşkili sektoru və TQDK-nın regional bölmələrinin əməkdaşları iştirak ediblər.
Təqvim planında nəzərdə tutulan işlərin şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən vaxtında və dəqiq yerinə yetirilməsinin vacibliyi vurğulanıb, qarşıda duran məsələlər müzakirə edilib. "Şagird-məzun" sistemində yaradılmış yeni imkanlar və onlardan istifadə qaydaları iştirakçıların diqqətinə çatdırılıb. Seminarda regional bölmələrin əməkdaşlarının görüləcək işlərlə bağlı təklifləri dinlənilib və onların verdiyi suallar ətraflı cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB