Nazir müavini: " "Qaynar xətt" yalnız Müəllimlər günü münasibətilə yaradılmamışdı"
"Təhsil Nazirliyinin "Qaynar xətt"i yalnız Müəllimlər günü münasibətilə yaradılmamışdı. "Qaynar xətt" hər zaman fəaliyyət göstərir və bura müraciətlərin sayı kifayət qədər çoxdur". SİA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hər bir müraciətlə bağlı müvafiq şöbə tərəfindən araşdırmalar aparılır və müvafiq tədbirlər görülür.
C. Bayramov ölkədə peşə təhsili ilə bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, peşə təhsili sahəsi Azərbaycanda Təsilin İnkişafı üzrə Dövlət Strategiyasında prioritet sahələrdən biri kimi səciyyələndirilir: "Hiss edirik ki, bu sahəyə maraq artır. Burada əsas layihələrdən biri ötən ildən başlanan Müasir Azərbaycan Peşəkarı layihəsidir. Layihə çərçivəsində bir sıra işlər görülüb. Bütün bu layihələr beynəlxalq şirkətlərin, yerli böyük şirkətlərin iştirakı ilə birgə həyata keçirilir, burada tədris olunan proqramlar real tələblərə uyğun formalaşdırılır. Belə layihələrin çərçivəsində peşəkarlıq səviyyəsinin artırılması, peşə təhsilinin ictimai nüfuzunun artırılmasına nail ola biləcəyik. Belə layihələrin sayı getdikcə artır və bu yaxınlarda yeni bir tədris müəssisəsinin açılışı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB