TQDK sədri Ağsuda qəbul keçirəcək

TQDK sədri Ağsuda qəbul keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə oktyabrın 17-də Ağsu şəhərində vətəndaşları qəbul edəcək.
TQDK-dan SİA-ya verilən xəbərə görə, qəbulda Ağsu, Göyçay, Ucar və Kürdəmir rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbul saat 11.00-da Ağsu şəhərindəki Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar TQDK-nın internet saytına (eservices.tqdk.gov.az/SedrinQebulu) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Qeydiyyata yazılmaq istəyən vətəndaşlar Ağsu, Göyçay, Kürdəmir və Ucar rayonlarının təhsil şöbələrinə, eləcə də TQDK-nın Göyçay regional bölməsinə də müraciət edə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə