Əjdər Ağayev: “Elmlə təhsilin vəhdəti yaranır”

Əjdər Ağayev: “Elmlə təhsilin vəhdəti yaranır”

"Elm haqqında hansı qərar qəbul olunursa bu birinci növbədə elmin inkişafına təkan verir. Elm sahələrini, onun istiqamətlərini, hal-hazırda texnoloji baxımdan yeni olan elm üzrə tədqiqatları genişləndirir. Təhsil də həmin elmi nəticələr əsasında məzmununu müəyyənləşdirir. Bu zaman elmlə təhsilin vəhdəti yaranır". Bunu SİA-ya açıqlamasında Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru Əjdər Ağayev deyib.

O bildirib ki, Elm haqqında qanunun qəbul olunması həm elmin, həm də təhsilin inkişafını sürətləndirəcək: "Elmi nəaliyyətlər, idealar, yanaşmalar təhsilin sürətli inkişafına əsas yaradır. Buna görə də elm haqqında sənədin qəbulu gələcəkdə elmlərin uğuruna səbəb olacaq və onun nəticələri təhsilin yüksək səviyyəyə qalxmasına şərait yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə