“İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” adlı dəyirmi masa başlayıb

“İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” adlı dəyirmi masa başlayıb

IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu" mövzusunda dəyirmi masa öz işinə başlayıb. SİA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov Humanitar Forumun uğurla davam etdiyini ifadə edib. O bildirib ki, Nobel mükafatı laureatlarının ölkəmizə təşrif buyurması forumun əhəmiyyətini daha da artırır: "Dünən biz dünyaca önəmli şəxsiyyətlərin, sabiq hökümət başçılarının, Azərbaycana gəlmiş 14 Nobel mükafatçısının çıxışını dinlədik. 8 dəyirmi masaya moderatorluq edəcək insanlar orada öz fikirlərini ifadə etdilər. Ötən gün Möhtərəm Prezidentin və ondan sonrakı çıxışlar Forumun böyük beynəlxalq əhəmiyyətə malik olduğunu göstərdi. Humanitar düşüncələrlə qlobal cəmiyyətdə gedən prosesləri izləmək, insanlara öz töhfəsini vermək və qlobal cəmiyyəti düzgün formalaşdırmaq forumun əsas vəzifəsidir. Bu, artıq 4-cü forumdur və foruma gələn nümayəndələr Azərbaycanın, xüsusilədə Bakının dəyişikliyini xüsusi qeyd edirlər".

Rektorun çıxışından sonra iştirakçılara Bakının gözəlliyini nümayiş etdirən slayt təqdim olunub.

Daha sonra I iclasa start verilib. "Təhsil mühitində fənlərərarası inteqrasiyanın metodoloji problemləri" mövzusunda işinə başlayan iclasda ilk olaraq kimya üzrə Nobel mükafatı laureatı, Vaysman İnstitunun professoru, Kimmelman adına Biomolekulyar Quruluşların Tədqiqi Mərkəzinin direktoru Ada Yonat təqdimatla çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə