“Müəllimlər günü” ilə bağlı məktəblərə xəbərdarlıq!

“Müəllimlər günü” ilə bağlı məktəblərə xəbərdarlıq!

Təhsil Nazirliyi oktyabrın 5-də keçiriləcək "Müəllimlər günü" ilə bağlı pul yığılması haqda yayılan məlumatlara cavab verib. SİA-nın xəbərinə görə, bu barədə Nazirliyin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Calehov şəxsi "facebook" hesabında yazıb.

O bildirib ki, bu günlərdə "Müəllimlər günü" ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır: "Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı kim anonim olmadan Nazirliyin 146 saylı Qaynar xəttinə məlumat versə və fakt araşdırma zamanı təsdiqini tapsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq. Biz adı ilə müraciət etməyi öyrənməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə