ADA Universitetində magistraturaya sənəd qəbulu başlanıb. Universitetdən SİA-ya verilən xəbərə görə, 2015-2016-ci tədris ilində ADA Universitetində diplomatiya və beynəlxalq münasibətlər, ictimai siyasət və MBA proqramlarına qəbul aparılacaq.
ADA-nın magistratura proqramları iki illikdir və təhsil ingilis dilindədir. Dərslər tanınmış xarici və azərbaycanlı professorlar tərəfindən tədris edilir. Təhsil müddətində tələbələr bir sıra xarici ölkələrə qısa akademik səfərlərdə iştirak edirlər. Tələbələr əldə etdikləri akademik göstəricilərə uyğun olaraq təhsil haqqında 100%-lik yaxud qismən güzəştlər əldə edə bilərlər. Eyni zamanda, ADA Universiteti Azərbaycanda ilk dəfə olaraq təhsil haqqının ödənməsi üçün uzunmüddətli aşağı faizli təhsil kreditləri də təklif edir. Bank of Baku, Unibank və Bank Respublika kimi yerli kommersiya bankları ilə ADA Universiteti arasında əldə edilmiş razılaşmaya görə tələbələr 10 il müddətinə sadəcə 4%-lə kredit əldə edə bilərlər.
Bununla yanaşı, ADA-nın Niderland Krallığı Maastrixt Menecment Məktəbi (MSM) ilə birgə qiyabi Ekzekyutiv MBA proqramına da sənəd qəbulu başlanmışdır. Modullarla tədris olunan bu proqram minimum dörd illik iş təcrübəsi olanlar peşəkarlar üçün nəzərdə tutulmuşdur. Dərslər həm ADA, həm də MSM-in professorları tərəfindən Bakı və Maastrix şəhərələrində tədris edilir. Proqramın sonunda, məzunlar hər iki universitetin beynəlxalq akkreditə olunmuş diplomu ilə təltif olunurlar.
Qeyd edək ki, hal-hazırda ADA Universitetinin tədris proqramlarında Azərbaycanlı tələbələrlə yanaşı dünyanın 32 ölkəsindən 61 tələbə təhsil alır. Tələbələr aktiv tələbə həyatının bir hissəsi olaraq müxtəlif layihələrdə iştirak etmək, tələbə klubları yaratmaq və beynəlxalq konfranslarda iştirak etmək şansı qazanırlar.
Maraqlanan namizədlər elektron ərizə forması ilə birbaşa ADA Universitetinə müraciət edə bilərlər. Sənəd qəbulu 1 aprel tarixinə qədər aparılacaqdır. Magistr proqramlarında tədris ingilis dilində aparılır.
Əlavə məlumat üçün ada.edu.az, 994 12 437 08 30, [email protected]"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB