Yüksək balla kənd məktəblərində çalışan müəllimlərin siyahısı açıqlandı
Təhsil Nazirliyi yüksək bal toplayan və hazırda ucqar kənd məktəblərində çalışan müəllimlərin siyahısını açıqlayıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, siyahıda 14 müəllimin adı qeyd olunub. Həmin müəllimlər Azərbaycanın müxtəlif bölgələrində (ucqar kənd məktəblərində) pedaqoji fəaliyyətlə məşğuldurlar.
Nazirlik həmin müəllimlərin çalışdıqları 14 rayonun da adını açıqlayıb. Bunlar Göyçay, İmişli, Lənkəran, Masallı, Neftçala, Qobustan, Qəbələ, Sabirabad, Salyan, Şəki, Şəmkir və Tovuz rayonlarıdır. Qeyd olunub ki, yüksək bal toplayan müəllimlər ölkənin bütün regionlarında işlə təmin ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB