"Elm haqqında" qanun layihəsinin qəbul edilməsinin vaxtıdır" AÇIQLAMA

"Elm haqqında" qanun layihəsinin qəbul edilməsinin vaxtıdır" AÇIQLAMA

"Milli Məclisin payız sessiyasının iş planına "Elm haqqında" qanun layihəsi də daxildir. Artıq layihənin ilkin variantı hazırdır və sənədin müzakirəyə çıxarılması nəzərdə tutulur. Ölkənin elm ictimaiyyəti bu qanunun qəbulunu gözləyir". SİA-nın xəbərinə görə, bunu parlamentin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev deyib.

Onun sözlərinə görə, layihə AMEA-da da müzakrə olunacaq: "Bu elə bir sənəddir ki, geniş müzakirə edilməlidir. Yəqin müzakirələrin gedişində qanun layihəsinə müxtəlif təkliflər də veriləcək. Ümumiyyətlə, elm və təhsil bir-biri ilə sıx əlaqədardır. Elə bir ailə yoxdur ki, bu sahələrlə bağlılığı olmasın. Ona görə də, bu, çox vacib sənəddir. Bilirsiniz ki, Elmin inkişaf konsepsiyası qəbul olunub. Bunun ardınca, qanun layihəsinin qəbul edilməsi daha yaxşı olardı. Artıq "Elm haqqında" qanun layihəsinin qəbul edilməsinin vaxtı yetişib. Ümid edirəm ki, layihə parlamentin payız sessiyasının müzakirəsinə çıxarılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə