"Yerli İdarəetməyə Yardım" İctimai Birliyi Avropa İttifaqının "Azərbaycanda regionların və kənd yerlərinin inkişafı sahəsində yerli təşəbbüslərin dəstəklənməsi" Proqramı çərçivəsində İsmayıllı rayonunun İvanovka kənd tam orta məktəbində "İcma əsaslı turizmin inkişafına yönəlik təşəbbüslərin dəstəklənməsi" mövzusunda seminar keçirib.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə bölgədə sosial-iqtisadi sahələrdə aparılan işlərdən, həyata keçirilən layihələrdən danışılıb. Eyni zamanda, regionda turizmin inkişafı, bu sahədə potensial imkanlar barədə ətraflı məlumat verilib.
Layihənin region üzrə əlaqələndiricisi Əzizağa Atakişiyev İsmayıllının turizm imkanlarından səmərəli istifadə olunması, bu sahə üzrə yerli kadrların hazırlanması istiqamətlərində perspektivlərdən bəhs edib.
Sonra seminar iştirakçılarına bu məsələlərlə bağlı sorğu anketləri paylanılıb, cavabların nəticələri barədə məlumatlar ümumiləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB