Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, təhsil naziri Mikayıl Cabbarovun Quba, Xaçmaz, Qusar, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşların bu il sentyabrın 29-da Qusar şəhərində keçirilməsi nəzərdə tutulan qəbulunun vaxtında dəyişiklik edilib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində olacaq qəbulun vaxtı oktyabr ayına keçirilib. Bununla bağlı daha təfərrüatlı məlumat veriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin telefon məlumat mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) zəng etməklə və ya "Elektron müraciət" bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB