Azərbaycan Londonda keçirilən festivalda təmsil olunur

Azərbaycan Londonda keçirilən festivalda təmsil olunur

Britaniyada "University College London"da yeni dərs ilinin başlanması münasibətilə "Welcome" festivalı keçirilir. Tədbirdə ölkəmizi universitetdə fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyəti təmsil edir. Festivala müxtəlif ölkələrdən xeyli sayda qonaq qatılıb.
Tədbirdə təmsil olunan ölkələr zəngin ənənələri və mədəniyyətlərini nümayiş etdirirlər. Festival çərçivəsində milli mətbəx nümunələri təqdim olunur, milli geyim və folklor nümunələri göstərilir.
İki gün davam edəcək festivalın Azərbaycan üçün ayrılan stendində ölkəmizin tarixindən, mədəniyyətindən və incəsənətindən bəhs edən kitab və broşürlər, Azərbaycan ilə bağlı həqiqətlərin də yer aldığı nəşrlər, milli ornamentləri əks etdirən suvenirlər nümayiş olunur.
Ölkəmiz ilə maraqlanan xarici tələbələrə Azərbaycanın sürətli inkişafı, son illərdəki nailiyyətləri və təhsil sistemi haqqında ətraflı məlumat verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə