Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildiriblər ki, TQDK-nın sədri Məleykə Abbaszadə "2014/2015-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin Təqvim planı"nı təsdiq edib.
Şəhər (rayon) təhsil şöbələri, təhsil müəssisələrinin rəhbərləri və əlaqələndiricilərindən xahiş edilir ki, yeni tədris ilinin Təqvim planı ilə tanış olsunlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB