V-VI siniflər üçün yeni vəsaitlər nəşr edilib şagirdlərin nəzərinə!
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) V-VI siniflər üçün yeni vəsaitlər nəşr edib. TQDK-dan SİA-ya verilən xəbərə görə, bu vəsaitlər yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanıb.
Hər bir vəsait 2 hissədən ibarətdir: I hissədə V-VI siniflərin kurikulum proqramı və dərsliklərinə əsaslanan qiymətləndirmə vasitələri, II hissədə isə həmin sinif üçün qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları toplusu dərc edilib.
Bu vəsaitlərdə təqdim olunan bəzi test tapşırıqlarında ənənəvi test tapşırıqlarından fərqli olaraq, düzgün cavab təqdim olunan cavablar içərisindən seçilmir. Cavabı bilik və bacarığı sayəsində şagirdin özü yazır. Sual və tapşırıqlar məzmun və formasından asılı olaraq, hər bir şagirddən problemi həll etmə, mühakimə yürütmə, əsaslandırma, ünsiyyət, tədqiqetmə və tətbiqetmə bacarığı tələb edir. Əzbərçiliyə, hafizəyönümlüyə əsas verməyən bu tapşırıqların bir yox, bir neçə cavabı olur.
Şagird və abituriyentlər ondan istifadə etməklə öz hazırlıq səviyyələrini yoxlaya, intellektual bacarıqlarını inkişaf etdirə, təhlillər, müqayisələr apara bilərlər.
Vəsaitləri TQDK-nın binası yanındakı "Abituriyent" köşkündən almaq və ya internetlə sifariş vermək olar.
Ünvan: AZ1078, Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 17
Elektron poçt: [email protected], [email protected]
Web səhifə: www.abiturient.az
Abituriyent jurnalinin online satish sistemi www.abiturient.az



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB