BSU-da Maksim Qorkinin nəvəsi ilə görüş keçirilib FOTO

BSU-da Maksim Qorkinin nəvəsi ilə görüş keçirilib FOTO

Bu gün tanınmış rus yazıçısı Maksim Qorkinin nəvəsi, E.Vaxtanqov adına Moskva akademik teatrın aktirisası Darya Maksimovna Peşkova, yazıçının ulu nəvəsi aktirisa Yekatrina Aleksandrova Peşkova və onun Y. A. Peşkovanın oğlu Timafey Yevgeneviç Peşkov Bakı Slavyan Universitetinin qonağı olublar. BSU-dan SİA-ya verilən xəbərə görə, ali təhsil müəssisəsinin rəhbər heyəti, müəllim və tələbələrinin iştirakı ilə keçirilən görüşdə universitetin rektoru A.Hacıyev qonaqları salamlayıb, Azərbaycanda rus dili və mədəniyyətinə olan böyük diqqət və BSU haqqında geniş məlumat verib.

Onun sözlərinə görə, 2000-ci ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Bakı Slavyan Universitetinin inkişafında möhtərəm prezidentimiz İlham Əliyevin böyük rolu vardır. Müəssisəmizin potensialı və dinamik inkişafı bunun bariz nümunəsidir".

O, həmçinin rus ədəbiyyatında əvəzsiz xidmətləri ilə tanınan məşhur yazıçı Maksim Qorkinin yaradıcılığından söhbət açaraq universitetin kitabxanasında yazıçının müxtəlif məzmunlu kitablarının saxlandığını, onların tələbələr tərəfindən maraqla oxunduğunu və tədris olunduğunu vurğulayıb.

Tədbirdə Rus ədəbiyyatı kafedrasının dosenti Yaşar Quluzadə, "Русский язык и литература в Азербайджане" jurnalının baş redaktoru, prof. Flora Nacıyeva öz çıxışlarında Maksim Qorkinin yaradıcılığından söhbət açdılar, "Русский язык и литература в Азербайджане" jurnalının yeni nəşri qonaqlara hədiyyə edilib.

Azərbaycanda səfərdə olmasından məmnunluq hissi duyduğunu qeyd edən Yekatrina Aleksandrova Peşkova bu ölkəyə, şəhərimizin gözəlliyinə, xalqımızın qonaqpərvərliyinə heyran olduğunu vurğuladı və öz xatirələrini bölüşdü.

Tədbirdə həmçinin M.Qorkinin ali təhsil ocağının kitabxanasında saxlanılan kitablarından ibarət stendi təşkil olunub. Sonda qonaqlar BSU-nun müəllim və tələbələrinin çoxsaylı suallarını cavablandırdılar və Maksim Qorkinin kitablarını xatirə imzası ilə görüş iştirakçılarına hədiyyə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə