Təhsil naziri Qusarda qəbul keçirəcək

Təhsil naziri Qusarda qəbul keçirəcək

Sentyabrın 22-də təhsil naziri Mikayıl Cabbarov Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Görüş Qusardakı Heydər Əliyev Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə