Ağdam köçkün tam orta məktəbində Bilik günü qeyd olunub

Bu gün 149 saylı Ağdam köçkün tam orta məktəbində bilik günü qeyd olunub. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə 149 saylı Ağdam köçkün tam orta məktəbinin direktoru Arzu Qədirova açaraq məktəbə ilk qədəm qoyan 1-ciləri, müəllimləri, şagirdləri, valideynləri və qonaqları təbrik edib, xoş arzularını bildirib.

A.Qədirova 2013-2014-cü tədris ilində məktəbin uğurlarından, təhsil sahəsində aparılan islahatlardan danışıb, böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyyəsinə xüsusi diqqət göstərildiyini qeyd edib.

Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı müəllimləri və şagirdləri təbrik edib. O çıxışında 1918-ci ildə Nuru Paşanın Komandanlığı altında Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhərinin erməni-daşnak quldurlarından azad olunmasının 15 sentyabrda baş verməsini də bu günkü bayramın ikiqat bayram kimi qeyd edilməsinə əsas verdiyini vurğulayıb.

Silahlı Qüvvələrə İctimai Nəzarət birliyinin sədri Emin Həsənli çıxışında Azərbaycanın günü-gündən gücləndiyini, Silahlı qüvvələrin hər an işğal altında qalan torpaqları azad etməyə qadir olduğunu bildirib.

Sağlam İnkişaf və Maarifləndirmə ictima birliyinin sədri Anar Xəlilov təbrik nitqində böyüməkdə olan gənc nəslin təlim-tərbiyyəsində 149 saylı Ağdam köçkün orta məktəbinin qabaqcıl təhsil müəssələrindən olduğunu və bu təhsil ocağının tezliklə doğma Ağdam şəhərində fəaliyyətini davam etdirəcəyinə əmin olduğunu bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov çıxışında 149 saylı Ağdam köçkün tam orta məktəbinin fəaliyyətinin digər məcburi köçkün məktəblərinə nümunə olduğunu bildirib.

V.Qədirov 2014-cü ildə ali məktəblərə qəbul imtahanı zamanı bu təhsil müəssəsinin məzunlarının yüksək nəticələr göstərərək ali məktəblərə qəbul olunmasını, məktəbin ən fəal ictimai məktəblərdən biri kimi uğurlarını, məktəbin direktoru Arzu Qədirovanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamıyla "Tərəqqi"-medalı ilə təltif olunmasını bu təhsil ocağının 2014-cü ildəki uğurları kimi qəbul etdiklərini vurğulayıb.

Çıxış edən şagirdlər təhsilə böyük məsuliyyətlə yanaşacaqlarına , yüksək nəticələr göstərərək ali məktəblərə qəbul olunacaqlarına, Dövlətə, Vətənə sədaqətlə xidmət edəcəklərinə və işğal altında qalan torpaqların azad olunmasına var qüvvələri ilə çalışacaqlarını bildiriblər.

Tədbirdə 1-ci sinif şagirdlərinin səsləndirdikləri Vətəni, Ananı tərənnüm edən şerlərl söylənib.

2014-2015-ci tədris ilinin ilk zənginin sədaları altında tədbir başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...