Çexiya respublikasının səfiri Vitezslav Pivonka sentyabrın 15-də, Bilik Günü Azərbaycan Respublikası Prezidenti yanında "Bilik" Fondunun dəvəti ilə Milli Qəhrəman Tahir Həsənov adına 23 nömrəli məktəbin doqquzuncu sinif şagirdləri qarşısında çıxış edib.
Çexiya səfirliyindən verilən məlumatda göstərilir ki, diplomat şagirdlər qarşısında çıxış etmək üçün yaradılmış imkana görə Fondun nümayəndəsinə və məktəbin direktoruna təşəkkürünü bildirərək, onları yeni dərs ilinin başlanması münasibətilə təbrik edib və işlərində uğurlar arzulayıb.
V.Pivonka öz ölkəsinin tarixi, Azərbaycan ilə Çexiya arasında qarşılıqlı münasibətlər barədə söhbət açaraq vurğulayıb ki, Çexiya və Azərbaycan dost ölkələrdir. Səfir həm də məktəblilərin Çexiyada təhsil haqda, viza məsələləri barədə və başqa suallarına cavab verib.
Səfir məktəbin binası və məktəb muzeyi ilə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB