ADA Universitetinin professor və tələbə heyəti Şərəf andı içib FOTO

ADA Universitetinin professor və tələbə heyəti Şərəf andı içib FOTO

Bu gün ADA Universitetinin professor və tələbə heyətinin Şərəf andı içməsi mərasimi keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbir daha sonra ADA-da təhsil alan 32 ölkənin təmsilçilərinin öz ölkələrinin bayraqlarını səhnəyə gətirmələri ilə davam edib.

Tədbir zamanı ADA tələbləri tərəfindən hazırlanan video nümayiş etdirilib, Şərəf kodeksinin və Şərəf Andının əhəmiyyəti ətrafında çıxış ediblər.

Daha sonra çıxış edən Universitetin dekanı Elnur Sultanov bildirib ki, Şərəf kodeksinin təqdim edilməsi və Şərəf Andının içilməsi 2010-cu ildən etibarən yeni akademik ilin əvvəlində ADA Universitetində keçirilən ənənəvi mərasimdir: "Hər il qeyd edilən bu tədbir zamanı tələbələr ADA-nın Şərəf Kodeksində qeyd edilən öhdəlikləri öz üzərlərinə hötürmək və Şərəf Andını imzalamaq şansı əldə edirlər".

Tədbirin davamında bu il ADA Universitetinin həm bakalavr, həm də magistr dərəcəsinə qəbul olunan yerli və xarici tələbələr, o cümlədən professor və müəllim heyəti Şərəf Andı içib və ADA-nın rektoru Hafiz Paşayev və Universitetin dekanları tərəfindən "İnam rəmzi" hesab edilən ADA medalları ilə təltif edilib.

Tədbir ADA-nın rektoru Hafiz Paşayevin nitqi və Universitetin himninin səsləndirilməsi ilə başa çatıb.

Rektor H. Paşayev çıxışında qeyd edib ki, Şərəf Kodeksini imzalamaqla ADA Universitetinin yeni tələbələri dərslərinənvə təhsil prosesinə məsuliyyətlə yanaşmaq, özlərinə, tələbə yoldaşlarına və professorlarına hörmət etmək, heç vaxt ayrı-seçkilik və diskriminasiyaya yol verməyəcəklərinə, eyni zamanda imtahanlar zamanı köçürmə halları, akademik layihələr zamanı plagiat kimi hallardan qaçacaqlarına dair söz verirlər.

Qeyd edək ki, bu il ADA Universitetinə qəbul olan tələbələrdən 425-i bakalavriat, 129-u magistratura proqramlarına qəbul olub. Bundan başqa, bu il ADA Universitetində eyni zamanda mübadilə proqramları çərçivəsində əlavə 6 xarici tələbə oxuyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə