Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) yeni tədris ilindən başlayaraq paytaxtın rayonları üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin qəbulunu keçirəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədi ilə reallaşdırılacaq.
Məktəblərdə səyyar qəbullar keçirilərək müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə öyrəniləcək, problemli məsələlər həll ediləcək və lazımi təşkilati və maarifləndirmə tədbirləri görüləcək.
Görüşlərin yeri və vaxtı barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB