Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə vətəndaşlarla növbəti görüşünü keçirib. TQDK-dan SİA-ya verilən xəbərə görə, Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə Naftalan və Mingəçevir şəhərlərindən, həmçinin Goranboy rayonundan olan sakinlər iştirak ediblər.
Görüşdən öncə TQDK-nın sədri Naftalan şəhərində Ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin abidəsini ziyarət edib və abidənin önünə gül-çiçək dəstələri düzüb.
Görüşə gələnlər əsasən ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər. Bəzi vətəndaşlar isə ali təhsil müəssisələrində təhsil alan övladlarının təhsil haqqlarının ödənilməsində yaranan problemlərlə bağlı müraciət ediblər.
TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb. Digər müraciətlərin isə araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb.
Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB