Səməd Seyidov İraqın Azərbaycandakı səfirini qəbul edib FOTO

Səməd Seyidov İraqın Azərbaycandakı səfirini qəbul edib FOTO

Bu gün Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakı qəbul edib. ADU-dan SİA-ya verilən xəbərə görə, rektor Səməd Seyidov səfiri ADU-da görməkdən məmnun olduğunu dilə gətirib.

Səməd Seyidov universitetdə aparılan islahatlar haqda danışıb: "ADU-da 6000 tələbə təhsil alır. Yeni tədris ilində yeni dillərin tədrisi nəzərdə tutulur. Bu tədris ilindən universitetdə macar dilinin tədrisinə başlanılacaq. ADU-nun tələbə yataqxanası tam təmir edilib, universitetin İnformasiya Resurs Kompleksinin (İRK), İRK-nın Amerika mərkəzinin yenidən açılması nəzərdə tutulur".

Eyni zamanda rektor Səməd Seyidov Azərbaycandakı inkişaf haqda, iqtisadi yüksəliş barədə söz açıb, Bakıda müxtəlif beynəlxalq forumların keçirildiyini səfirin diqqətinə çatdırıb.

Səmimi qəbula görə təşəkkür edən İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak, öz növbəsində ADU-da olmaqdan məmnun olduğunu deyib.

Görüşdə Azərbaycan-İraq münasibətləri, həmçinin ikitərəfli əlaqələr və əməkdaşlığın inkişafı haqda fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə