Mikayıl Cabbarov: "Müəllimlərin maaşı artmayacaq"

Mikayıl Cabbarov: "Müəllimlərin maaşı artmayacaq"

"Növbəti maliyyə ilində sınaq qiymətləndirlməsindən keçən hər bir müəllim bunu özünün əmək haqqında hiss edəcək. Sınaq qiymətləndirlməsi keçirilməyən regionlarda müəllimlərin əmək haqqlarının artırılması məsələsi isə gündəmdə olmayacaq". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, məktəb direktorunun vəzifələrindən biri məktəbdə dərs yükünün bölgüsünün aparılması və optimallaşdırılmasına köməkbetməyə çalışmasıdır: "Lakin hazırkı mənzərə fərqlidir. Belə ki, bir çox müəllimlərin dərs yükü 1 stavkadan da aşağıdır. Belə olan halda əmək haqqının artırılmasının nə faydası? Ona görə də, biz onun tərəfdarıyıq ki, əvvəlcədən dərs yükü optimllaşdırılsın və reallığı əks etdirsin. Bunun ardınca dərs saatının pul dəyəri qalxsın. Sınaq qiymətləndirilmə bununla bağlı ilk addım idi".

O həmçinin qeyd edib ki, təhsil infrastruktru ilə bağlı ilə məsələlərin həll olunduğu halda, təhsil məzmununun yenilənməsi ön plana keçib: "Görülən işlərdən ən mühümü müəllimlərin sınaq qiymətləndirilməsinin keçirilməsidir. Biz bunu ilk növbədə Bakı məktəblərinin müəllimləri arasında başlamağımızın əsas səbəbi paytaxt məktəblərinin akademik göstəriciləri respublikanın məktəblərinin orta göstəricilərindən xeyli yüksəkdir".

Nazir vurğulayıb ki, sınaq qiymətlədirilməsində müəllimlərin 14 faizi aşağı, 64 faizi qənaətbəxş, 18 faizi isə yüksək nəticə toplayıb. "Bu nəticə təhsil sisteminin yaxşılaşdırılmasına nə kimi təsir göstərməsi aydın deyil. Amma hər bir müəllimin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq qərarların qəbul olunması üçün bu nəticələr çox vacibdir. Məsələn, dərs bölgüsü, sinif rəhbərliyi, müəllimlərin vəzifədə irəli çəkilməsi kimi məsələlərdə sınaq qiymətləndirilmənin nəzərə alına bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə