Sentyabrın 20-də müəllimlər üçün növbəti qiymətləndirmə keçiriləcək Yenilənib

45 saxta diplom aşkarlanıb

"Müəllimlərin sınaq qiymətləndirilməsi imtahanında iştirak etməyən müəllimlər üçün sentyabrın 20-də növbəti qiymətləndirmə prosesi aparılacaq". SİA-nın xəbərinə görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında hesabat verərkən deyib.

Onun sözlərinə görə, 300 72 müəllim sınaq qiymətləndirilməsinə cəlb olunub: "Onlardan 96 faizdən çoxu imtahanda iştirak edib. Müəllimlərdən 14, 4 faizi zəif, 85, 6 faizi qənaətbəxş, 18, 2 faizi isə yüksək nəticə göstərib".

Müdir əvəzi Elnur Əliyev onu da qeyd edib ki, 2013-2014-cü tədris ilinin nəticələrinə görə, 20155 şagird attestat alıb: "Eksternat imtahanının nəticələrinə görə isə 92 nəfər attestat, 21 nəfər isə şəhadətnamə alıb".

2013-2014-cü dərs ili ərzində neqativ hallara görə 7 məktəb direktorunun və 3 direktor müavininin vəzifələrindən azad oldunduğunu deyən E. Əliyev qeyd edib ki, 32 məktəb direktoru və 16 direktor müavini intizam məsuliyyətinə cəlb olunub. Eyni zamanda hesabat ilində 45 saxta diplomla çalışan müəllim aşkar olunub və dərhal işdən çıxarılıb" .

Sağlam təhsil sinfi layihəsindən danışan qurum rəsmisi əlavə edib ki, proqrama görə 10000 şagirdin müayinədən keçirilməsi nəzərdə tutulub və artıq 2500 şagird həkim müayinəsindən keçib.

O həmçinin qeyd edib ki, xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu prosesində 3 434 uşaq müsahibə mərhələsində iştirak edib: "Onlardan 1893 nəfərin1-ci sinifə qəbul olub, 1541 nəfəri isə müsahibədən keçə bilməyib".

Dərs yükünün bölünməsi üçün xüsusi elektron proqramın yaradıldığını deyən E. Əliyevin sözlərinə görə, artıq 20 məktəb üçün pilot layihə hazırlanıb: "Gələn ildən etibarən şagirdlərin məktəblərə qəbulu elektron formada həyata keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə