Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov vəzifəyə yeni təyin olunan dosentlərlə görüşüb. SİA-nın xəbərinə görə, 26 dosent cari tədris ilində təhsilin keyfiyyətinin artırılması istiqamətində müəyyən öhdəliklərə sahib olacaqlar.
Dosentlərlə görüş zamanı bir sıra aktual məsələlərə toxunulub. Xüsusilə tədris prosesində yeni innovativ metodlardan istifadəyə diqqət çəkilib.
Görüşdə bildirilib ki, bu istiqamətdə aparılan işlər bundan sonra da davam etdiriləcək. Əsas məqsəd kimi professor-müəllim və tədris-köməkçi heyəti arasında stimullaşdırıcı prosesləri daha da artırmaq və keyfiyyətli təhsilin təmin olunması qeyd edilib.
İşə qəbul və yerdəyişmə ilə bağlı universitetə ümumilikdə 309 ərizə daxil olub. Universitetdə yaradılan komissiya tərəfindən 105 ərizə müsbət tövsiyyə olunub. Onlardan 26 nəfər dosent vəzifəsinə təsdiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB