Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva Bakı Dövlət Universitetində olub. SİA-nın xəbərinə görə, qonağı salamlayan rektor Abel Məhərrəmov 95 illik tarixi olan universitet haqqında məlumat verib və əsasən son illərdə görülən işlər barədə danışıb.
Qarşılıqlı maraq doğuran görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Rektor Fərəh Əliyeva universitetin Heydər Əliyev Muzeyi, Tarixi muzeyi, Tədris Elektron Mərkəzi, elmi-tədqiqat və tədris laboratoriyaları, poliklinikası və yeni tədris ilində açılışı nəzərdə tutulan mərkəzləri ilə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB