Naxçıvan şəhərində təhsil yarmarkası keçirilib. SİA-nın azərtac-a istinadən verdiyi xəbərə görə, şəhərdəki 7 nömrəli tam orta məktəbdə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev açaraq dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb.
Bildirilib ki, muxtar respublikanın təhsil sahələri üzrə boş iş yerlərinin uçotu aparılıb və müəyyən edilib ki, hazırda muxtar respublikada 26 Azərbaycan dili və ədəbiyyat, 59 xarici dil, 35 riyaziyyat, 23 informatika, 26 tarix, 43 coğrafiya, 31 fizika, 30 kimya, 24 biologiya, 41 ibtidai sinif müəlliminə ehtiyac var. Ona görə də bu təhsil yarmarkası məktəblərin pedaqoji kadrlarla təminatı işində mühüm əhəmiyyət kəsb edəcək.
Təhsil müəssisələrinin maddi-texniki bazasının yüksək səviyyədə qurulduğunu qeyd edən təhsil naziri deyib ki, muxtar respublikanın ümumtəhsil müəssisələrinə 3409 dəst kompyuter verilib, bu təhsil ocaqlarında 600-ə yaxın ən müasir elektron lövhə quraşdırılıb. Muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə artıq ənənəvi olaraq keçirilən təhsil yarmarkaları Naxçıvanda təhsilin keyfiyyət və kəmiyyətcə inkişaf etdirilməsinə əhəmiyyətli dərəcədə köməklik edib.
İşaxtaran vətəndaş Ceyhun Abdullayev təhsil yarmarkasının keçirilməsinin böyük əhəmiyyət daşıdığını söyləyib, bu işdə əməyi olanlara minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikada məşğulluq məsələlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib.
Təhsil yarmarkasında 108 nəfərə işə göndəriş verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB